AZ

Venesuelada iğtişaşlar: 749 nəfər saxlanılıb - VİDEO

Venesuelanın hüquq-mühafizə orqanları iyulun 28-də keçirilən prezident seçkilərinin nəticələrinə etirazlar edən 749 nümayişçini saxlayıb.

Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin baş prokuroru Tarek Uilyam Saab məlumat verib.

“Bu günə kimi 749 nəfər saxlanılıb, onların işi Baş Prokurorluğa veriləcək”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, saxlanılan şəxslərin şübhəli bilindiyi cinayətlər arasında təkcə ictimai əmlakın dağıdılması deyil, terrorizm və nifrətin qızışdırılması da var.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
10
korrespondent.az

10Mənbələr