Azərbaycanın basketbol millisi Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşa qədər qızlar arasında keçirilən Avropa çempionatının "C" divizionunda final oyununa çıxıb.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, yığma bu mərhələdə Kosovo seçməsi ilə qarşılaşıb. Milli komanda rəqibinə 65-75 hesabı ilə məğlub olaraq Avropa çempionatı "C" divizionunun gümüş medalını qazanıb.
Mənbə: AZƏRTAC