AZ

Paris - 2024: ABŞ Braziliyanı məğlub edərək çempion oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Olimpiya Oyunlarında qadınlar arasında futbol turnirinin final qarşılaşması baş tutub.
Oxu.Az xəbər verir ki, həlledici matçda Braziliya millisi ABŞ seçməsilə üz-üzə gəlib.
Parisdəki "Park de Prens" arenasında keçirilən görüşün taleyini bir qol həll edib. Svensonun 57-ci dəqiqədəki dəqiq zərbəsi komandasına uğur gətirib - 0:1.
Beləliklə də, ABŞ-dən olan xanımlar cənubi amerikalılardan üstün olmaqla olimpiya çempionu adını qazanıblar.
Xatırladaq ki, kişilər arasındakı analoji yarışda qalib İspaniya yığması olub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
50
oxu.az

10Mənbələr