AZ

Avropa çempionatı: Azərbaycan basketbol millisi gümüş medal qazanıb

Avropa

Bakı, 29 iyul, AZƏRTAC

Azərbaycanın basketbol millisi Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşa qədər qızlar arasında keçirilən Avropa çempionatının "C" divizionunda final oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, yığma bu mərhələdə Kosovo seçməsi ilə qarşılaşıb. Milli komanda rəqibinə 65-75 hesabı ilə məğlub olaraq Avropa çempionatı "C" divizionunun gümüş medalını qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
50
azertag.az

10Mənbələr