Gəncdə sel suları evlərə dolub.
APA-nın yerli bürosunun məlumatına görə, evlərə dolan suların çəkilməsi üçün ərazilərə FHN-in Gəncə Regional Mərkəzinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Evlərə dolan suların çəkilməsinə başlanıb.
Hazırda yağışlı hava davam edir
***
06:13
Gəncəyə güclü yağış yağıb.
APA-nın yerli bürosunun məlumatına görə, səhər saatlarında yağan şiddətli yağışdan sonra şəhərin bəzi hissələrini su basıb.
Sel suları küçələrdə bir sıra çətinlik yaradıb, avtomobillərin hərəkətinə mane olub.
Qeyd edək ki, hazırda qərb bölgəsinin əhatə etdiyi rayonlarda yağışlı hava şəraiti davam edir.
"Cebheinfo.az"