AZ

Güclü yağış Gəncədə ciddi fəsadlar törətdi - FOTO/VİDEO

 

Dünən axşam saatlarından başlayan güclü yağış Gəncədə ciddi fəsadlar yaradıb.

Leysan nəticəsində yollarda avtomobillərin və piyadaların hərəkətində problemlər yaranıb. Yağış suları evlərin həyətlərinə və zirzəmilərə dolub.

Gecədən yağan yağış çaylarda suyun səviyyəsini nəzərə çarpaçaq dərəcədə artırıb. Gəncəçay bütün məcrası ilə axır, bəzi ərazilərdə hətta bəndin yuxarı hissələrinə qədər qalxır. Hazırda bölgədə qeyri sabit hava şəraiti davam edir.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
1
news365.az

10Mənbələr