AZ

Gəncəyə güclü yağışın fəsadları davam edir, evlərə su dolub, bəzi yerlərdə elektrik enerjisi kəsilib - FOTO - YENİLƏNİB-4

Gəncəyə güclü yağışın fəsadları davam edir.

APA-nın yerli bürosunun məlumatına görə, gecə saatlarında şəhərin bir çox hissəsində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Hal hazırda elektrik enerjisinin verilməsi bərpa edilməyib.

***

12:53

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin canlı qüvvəsi və texnikası Gəncədə hadisə yerinə cəlb olunub.

APA-nın yerli bürosunun əməkdaşı xilasedicilərin hadisə yerindəki fəaliyyətlərinin görüntüsünü təqdim edir:

***

12:33

Xəbərə foto əlavə edilib.

***

12:24

Gəncdə sel suları evlərə dolub.

APA-nın yerli bürosunun məlumatına görə, evlərə dolan suların çəkilməsi üçün ərazilərə FHN-in Gəncə Regional Mərkəzinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Evlərə dolan suların çəkilməsinə başlanıb.

Hazırda yağışlı hava davam edir

***

06:13

Gəncəyə güclü yağış yağıb.

APA-nın yerli bürosunun məlumatına görə, səhər saatlarında yağan şiddətli yağışdan sonra şəhərin bəzi hissələrini su basıb.

Sel suları küçələrdə bir sıra çətinlik yaradıb, avtomobillərin hərəkətinə mane olub.

Qeyd edək ki, hazırda qərb bölgəsinin əhatə etdiyi rayonlarda yağışlı hava şəraiti davam edir.

Gəncəyə Gəncəyə Gəncəyə Gəncəyə Gəncəyə Gəncəyə Gəncəyə Gəncəyə Gəncəyə Gəncəyə Gəncəyə Gəncəyə Gəncəyə Gəncəyə Gəncəyə Gəncəyə Gəncəyə Gəncəyə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
41
apa.az

10Mənbələr