EN

Ağstafada avtomobil qəzasında yaralanan 5 nəfərin kimliyi məlum olub

Ağstafada avtomobillər toqquşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "Mercedes" markalı mikroavtobusla "VAZ" markalı avtomobilin toqquşması nəticəsində, 2007-ci il təvəllüdlü E.İsmayılzadə, 2006-cı il təvəllüdlü A.Şamxalov, 2009-cü il təvəllüdlü E.Hacıyev, 1987-ci il təvəllüdlü R.Qarayev və daha bir nəfər xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi və qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
56
11
azpolitika.info

10Sources