AZ

Gəncədə zəncirvari qəza - xəsarət alanlar var - FOTO 

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

Referans.az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan "KİA" və iki "Chevrolet" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlar 1994-cü il təvəllüdlü İ. Tanrıverdiyev, 1992-ci il təvəllüdlü E. Babayev və 2004-cü il təvəllüdlü A. Əlizadədir.

Hadisə zamanı avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
6
referans.az

10Mənbələr