EN

Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir

Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb.
 
Tədbir Sena çayının ətrafında baş tutur.Mərasimdə 206 komandadan 10,5 min idmançı iştirak edir.

Açılışı təxminən 300 min tamaşaçı izləyir.İştirakçılar 116 qayıq vasitəsilə təxminən 6 km məsafəni qət edib Parisin müxtəlif tarixi məkanları və Olimpiya qurğularından yan keçəcəklər.

Açılış mərasimindəki paradda Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyacaqlar.

Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

www.anews.az
Chosen
10
35
anews.az

10Sources