AZ

Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirildi - Fotolar+Yenilənib

Paris-2024-ün rəsmi açılış mərasimi başlayıb.

“Qafqazinfo” xəbər verir ki, Sena çayında baş tutan mərasimə idmançıları daşıyan 85 gəminin Austerlits körpüsündən hərəkətə başlaması ilə star verilib.

Millimizin heyəti ölkələrin paradında 16-cı sırada yer alıb.

Qeyd edək ki, ölkəmizin bayraqdarları cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayevdir.

Azərbaycan millisi Fransa paytaxtında 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.

***

Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi Olimpiya məşəlinin alovlanması ilə başa çatıb.

Fransa Prezidenti Emmanuel Makron Olimpiadanın açılışını elan edib.

Olimpiadanın məşəlini atletika üzrə üçqat olimpiya çempionu Mari-Xose Perek və cüdo üzrə üçqat olimpiya çempionu Teddi Riner alovlandırıb. Olimpiya məşəli Parisin üzərində nəhəng bir şarla qalxıb. Bundan sonra uzun müddətdir ağır xəstəlik səbəbindən ictimaiyyət qarşısına çıxmayan kanadalı müğənni Selin Dion xalq qarşısında çıxış edib.











Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
50
qafqazinfo.az

10Mənbələr