Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) 2024-cü ildəki iki milyonuncu sərnişinini mükafatlandırıb.Bu barədə AZAL- dan məlumat verilib.
Mükafatlandırılan sərnişin Bakı-London reysinə aviabilet əldə edən Nəzrin Orucova olub.
Aviaşirkətin nümayəndələri Heydər Əliyev Beynəlxalq Aeroportunda Nəzrin xanımı təbrik edərək Bakıdan AZAL-ın istənilən müntəzəm istiqaməti üzrə ödənişsiz gediş-dönüş aviabileti təqdim ediblər.
www.anews.az