AZ

AZAL iki milyonuncu sərnişinini mükafatlandırdı

Milli aviadaşıyıcı – Azərbaycan Hava Yolları QSC (AZAL) 2024-cü ildəki iki milyonuncu sərnişinini mükafatlandırıb.Elchi.az AZAL-a istinadən xəbər verir ki, mükafatlandırılan sərnişin Bakı-London reysinə aviabilet əldə edən Nəzrin Orucova olub.Aviaşirkətin nümayəndələri Heydər Əliyev Beynəlxalq Aeroportunda Nəzrin xanımı təbrik edərək Bakıdan AZAL-ın istənilən müntəzəm istiqaməti üzrə ödənişsiz gediş-dönüş aviabileti təqdim ediblər.Bu ilin I yarısında AZAL-ın sərnişinlərinin sayında illik müqayisədə beynəlxalq istiqamətlərdə 60%, ölkədaxili istiqamətlərdə isə 10% artım müşahidə olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
44
elchi.az

10Mənbələr