AZ

AZAL iki milyonuncu sərnişinini mükafatlandırıb

AZAL

Bakı, 26 iyul, AZƏRTAC

Azərbaycanın milli aviadaşıyıcısı AZAL iki milyonuncu sərnişinini mükafatlandırıb.

“Azərbaycan Hava Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, aviaşirkət bu ilin əvvəlindən iki milyon sərnişinə xidmət göstərib.

Mükafatlandırılan sərnişin Bakı-London reysinə aviabilet əldə edən Nəzrin Orucova olub.

Aviaşirkətin nümayəndələri Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişini təbrik edərək Bakıdan “Azərbaycan Hava Yolları” aviaşirkətinin istənilən müntəzəm istiqaməti üzrə ödənişsiz gediş-dönüş aviabileti təqdim ediblər.

Cari ilin birinci yarısında keçən ilin eyni dövrü ilə müqayisədə AZAL-ın sərnişinlərinin sayında beynəlxalq istiqamətlərdə 60 faiz, ölkədaxili istiqamətlərdə isə 10 faiz artım müşahidə olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
44
azertag.az

10Mənbələr