Kirants kəndində Azərbaycan və Ermənistan sərhədçiləri arasında yeni tikilən yolun yaxınlığında insident baş verib.
Missiya.Az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Bildirilir ki, Ermənistan parlamentinin deputatı Qarnik Danielyan da məlumatı təsdiqləyib:
“Kirants sakinlərindən öyrəndim ki, ötən gün kəndə gedən yeni yolda insident baş verib. Azərbaycan sərhədçiləri çəkilən yolun bir hissəsinin Azərbaycan ərazisindən keçdiyini bildirərək erməni sərhədçiləri ilə mübahisəyə giriblər”, - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az