AZ

Kirants kəndində Azərbaycan və Ermənistan sərhədçiləri arasında əlbəyaxa dava düşüb

Kirants kəndində Azərbaycan və Ermənistan sərhədçiləri arasında yeni tikilən yolun yaxınlığında insident baş verib. 

Missiya.Az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Bildirilir ki, Ermənistan parlamentinin deputatı Qarnik Danielyan da məlumatı təsdiqləyib:

“Kirants sakinlərindən öyrəndim ki, ötən gün kəndə gedən yeni yolda insident baş verib. Azərbaycan sərhədçiləri çəkilən yolun bir hissəsinin Azərbaycan ərazisindən keçdiyini bildirərək erməni sərhədçiləri ilə mübahisəyə giriblər”, - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
25
missiya.az

10Mənbələr