AZ

Ermənistan və Azərbaycan sərhədçiləri arasında heç bir insident baş verməyib...-RƏSMİ

Xəbər verildiyi kimi, Ermənistanın “Hraparak” gündəlik qəzeti təxminən 2 həftə əvvəl Ermənistan-Azərbaycan sərhədində, Qazax rayonunun  yenicə Azərbaycana təhvil verilmiş Xeyrimli kəndi ilə həmsərhəd "Kirants" adlanan Güney kəndində guya Azərbaycan və Ermənistan sərhədçiləri arasında iki insident baş verməsi haqda yazmışdı. Qəzetin yazdığına görə, azərbaycanlılar Güneydə çəkilən yeni yolun bir hissəsinin Azərbaycan ərazisindən keçdiyini iddia ediblər.
 
Moderator.az xəbər verir ki,  Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) “Azadlıq” radiosunun erməni bürosunun("Azatutyun") sorğusuna cavab olaraq əmin edir ki, Güney kəndində yeni yolun marşrutu ilə bağlı Ermənistan və Azərbaycan sərhədçiləri arasında heç bir insident baş verməyib .
 
“Azatutyun” MTX-ya çəkilən yeni yolla bağlı Ermənistan və Azərbaycan sərhədçiləri arasında hər hansı müzakirə və ya insident olub-olmadığını və Güneydə çəkilən yeni yolun sərhədin demarkasiyasından sonra Ermənistan ərazisindən keçib-keçmədiyini soruşub. MTX Azərbaycan tərəfi ilə insidentlə bağlı iddiaları təkzib edərək, eyni zamanda əmin edib ki, “tikməkdə olan yol bütünlüklə Ermənistan ərazisindən keçir”.
 
Dövlətlərarası yolun bir hissəsinin də keçdiyi Güneyə aparan körpü sərhədi müəyyənləşdirildikdən sonra Azərbaycan tərəfinə təhvil verilib. Ermənistan artıq istismarda olan yeni, alternativ yolun tikintisinə başlayıb.
 
Milli Təhlükəsizlik Xidmətinin təkzib etməsinə baxmayaraq, adının açıqlanmasını istəməyən Kirants(Güney) sakinlərindən biri “Azatutyun”a bildirib ki, həqiqətən də Ermənistan və Azərbaycan sərhədçiləri arasında belə bir söhbət olub və azərbaycanlılar müəyyən ölçü götürdükdən sonra yeni yolun bir hissəsinin Azərbaycan ərazisindən çəkilməsində təkid ediblər.
 
 Tavuşdan olan deputat Qarnik Danielyan da söyləyib ki, Kirantsın(Güney) bir sıra sakinləri ona azərbaycanlıların da salınan yeni yol ilə bağlı tələbləri olduğunu bildiriblər.
 
S.Laçın
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
25
moderator.az

10Mənbələr