EN

Netanyahu ABŞ-a Yaxın Şərqdə NATO-ya bənzər təşkilat yaratmağı təklif edib

ABŞ-da səfərdə olan İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-a Yaxın Şərqdə NATO-ya bənzər təşkilat yaratmağı təklif edib. NUHÇIXAN-ın məlumatına görə, Konqresdə çıxışı zamanı o bildirib ki, ABŞ və İsrail Yaxın Şərqdə təhlükəsizlik alyansı yarada bilər.



“İsraillə sülh içində olan və gələcəkdə sülh içində olacaq bütün ölkələr bu alyansa dəvət olunacaqlar”,- deyə İsrail Baş naziri qeyd edib.
B.Netanyahu yeni alyansı 2020-2021-ci ildə İsrailin bir sıra ölkələrlə imzaladığı “Avraam sazişi”nə uyğun olaraq “Avraam Alyansı” adlandırmağı təklif edib.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Chosen
65
6
nuhcixan.az

10Sources