AZ

Netanyahu Yaxın Şərqdə NATO-ya oxşar təşkilat yaratmağı təklif etdi: “İbrahim alyansı“

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-yə İrandan gələn təhlükəyə qarşı çıxmaq üçün Yaxın Şərqdə NATO-ya bənzər bir ittifaq yaratmağı təklif edib.

News365.az xəbər verir ki, o, bunu ABŞ Konqresində çıxışı zamanı bildirib.

"İkinci Dünya müharibəsindən sonra ABŞ artan sovet təhlükəsinə qarşı çıxmaq üçün Avropada təhlükəsizlik ittifaqı yaratdı və bu gün Amerika və İsrail artan İran təhlükəsinə qarşı çıxmaq üçün Yaxın Şərqdə təhlükəsizlik ittifaqı yarada bilər”, - Netanyahu deyib.

O, qeyd eidb ki, "Amerika və İsrail bu gün artan İran təhlükəsinə qarşı çıxmaq üçün Yaxın Şərqdə təhlükəsizlik ittifaqı yarada bilər. İsraillə sülh bağlamış bütün ölkələr və İsraillə sülh bağlayacaq bütün ölkələr bu ittifaqa qoşula bilər". “Mənim bu ittifaqa verəcəyim bir ad var: biz onu “İbrahim Alyansı” adlandıra bilərik". Netanyahu

Siyasətçinin sözlərinə görə, regionda yəhudi dövləti ilə münasibətləri normallaşdıran hər bir ölkəyə yeni yaradılacaq alyansda üzvlük verilməlidir.

 


Seçilən
70
2
news365.az

10Mənbələr