AZ

Netanyahu ABŞ-a "Yaxın Şərq NATO-su"nu yaratmağı təklif etdi

Image

ABŞ-da səfərdə olan İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-a Yaxın Şərqdə NATO-ya bənzər təşkilat yaratmağı təklif edib. O, bildirib ki, ABŞ və İsrail Yaxın Şərqdə təhlükəsizlik alyansı yarada bilər.

“İsraillə sülh içində olan və gələcəkdə sülh içində olacaq bütün ölkələr bu alyansa dəvət olunacaqlar”,- deyə İsrailin Baş naziri qeyd edib.

B.Netanyahu yeni alyansı 2020-2021-ci ildə İsrailin bir sıra ölkələrlə imzaladığı “Avraam sazişi”nə uyğun olaraq “Avraam Alyansı” adlandırmağı təklif edib.

ZÜMRÜD





Seçilən
75
6
baki-xeber.com

10Mənbələr