EN

Nikaha daxil olmağa məcbur etmə halının yalnız qadına şamil olunması aradan qaldırılıb

Bakı. Trend:

Qanunvericilikdə nikaha daxil olmağa məcbur etmə halının yalnızqadına şamil olunması aradan qaldırılıb.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyiCinayət Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Bu dəyişikliklə Cinayət Məcəlləsinin 176-1-ci maddəsinin adınındəyişdirilib. “Qadını nikaha daxil olmağa məcbur etmə” deyil,“Nikaha və ya erkən evliliyə daxil olmağa məcbur etmə” kimi müəyyənedilməsi cinayətdən zərər çəkmiş şəxslərin dairəsinigenişləndirir.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, qadını nikaha daxilolmağa məcbur etmə iki min manatdan üç min manatadək miqdardacərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə iləcəzalandırılır. Nikaha daxil olmağa məcbur etmə də etmə iki minmanatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətəazadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Chosen
232
10
az.trend.az

10Sources