AZ

Nikaha daxil olmağa məcburetmə halının yalnız qadına şamil olunması aradan qaldırılıb

Qanunvericilikdə nikaha daxil olmağa məcbur etmə halının yalnız qadına şamil olunması aradan qaldırılıb.


APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət Məcəlləsinə dəyişiklikdə əksini tapıb.


Bu dəyişikliklə Cinayət Məcəlləsinin 176-1-ci maddəsinin adını dəyişdirilib. “Qadını nikaha daxil olmağa məcburetmə” deyil, “Nikaha və ya erkən evliliyə daxil olmağa məcburetmə” kimi müəyyən edilməsi cinayətdən zərər çəkmiş şəxslərin dairəsini genişləndirir.


Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, qadını nikaha daxil olmağa məcburetmə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Nikaha daxil olmağa məcbur etmə də etmə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Bu Qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minir.

Seçilən
38
10
apa.az

10Mənbələr