AZ

Nikaha daxil olmağa məcbur etmə halının yalnız qadına şamil olunması aradan qaldırılıb

Qanunvericilikdə nikaha daxil olmağa məcbur etmə halının yalnız qadına şamil olunması aradan qaldırılıb.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Bu dəyişikliklə Cinayət Məcəlləsinin 176-1-ci maddəsinin adının dəyişdirilib. "Qadını nikaha daxil olmağa məcbur etmə" deyil, "Nikaha və ya erkən evliliyə daxil olmağa məcbur etmə" kimi müəyyən edilməsi cinayətdən zərər çəkmiş şəxslərin dairəsini genişləndirir.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, qadını nikaha daxil olmağa məcbur etmə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Nikaha daxil olmağa məcbur etmə də etmə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Seçilən
20
10
day.az

10Mənbələr