Kürdəmirdə 48 yaşlı qadın dərmandan zəhərlənib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Sevinc Qəhrəmanova evdə səhvən dərman içərək zəhərlənib. O ətrafdakı insanların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Həkimlər hazırda onun vəziyyətini orta ağır qiymətləndirirlər.Fakt araşdırılır.
Bizim.Media, Aran bürosu