EN

Boris Consondan sensasion Azərbaycan xəbərdarlığı: “Putin qalib gəlsə…”

“Putin qalib gəlsə, təkcə Gürcüstana yox, Rusiyanın bütün yaxın ətrafına güzəştə getməyəcək”.

Turkustan.az xəbər verir ki, bunu Britaniyanın keçmiş baş naziri Boris Conson “Deyli Meyl”ə göndərdiyi məktubda yazıb.

O bildirib ki, Rusiya Ukrayna ilə kifayətlənməyəcək:

“Xəritəyə baxın, Rusiya prezidentinin indi dediyi dəhşətli sözləri eşidin. Onun Polşa tarixi və Dünya müharibəsinin başlanma səbəbi ilə bağlı dediklərini dinləyin. Putin aydın şəkildə deyib ki, SSRİ-nin çöküşü XX əsrin ən böyük fəlakətidir və onu bərpa etmək lazımdır. Ona təkcə Gürcüstan yox, Rusiyanın bütün yaxın ətrafı lazım olacaq”.

Qeyd edək ki, Putinin SSRİ-nin bərpa etmək planı ilə bağlı tezis illərdir gündəmə gəlsə də, Rusiya lideri bunu qətiyyətlə təkzib edib. Bundan başqa, Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında münasibətlər ən yüksək səviyyədədir. İki ölkə arasında mehriban dostluq və qonşuluq prinsipləri gün keçdikcə daha da dərinləşir.

Üstəlik, rəsmi Bakının gücü, türk dünyası ilə əlaqələri, Türk Dünyası Təşkilatındakı mövqeyi və həmçinin Türkiyənin varlığı Azərbaycana qarşı hər hansı hərbi təhdidi aradan qaldırır. (Globalinfo.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
87
50
turkustan.az

10Sources