AZ

Kursk döyüşləri: Putin ona ümid edir

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ordusunun Kursk bölgəsini ələ keçirməsindən sonra FTX rəhbəri Aleksandr Bortnikovu antiterror əməliyyatının komandiri təyin edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb.

"Putin çox güman ki, Bortnikovu "terrorla mübarizə əməliyyatı"na rəhbər təyin edib, çünki Bortnikov əvvəllər Rusiyanın daxili sabitliyini və Kreml rejimini təhdid edən böhranlar zamanı özünü effektiv idarəçi kimi sübut edib", - məlumatda deyilir.

Qeyd olunur ki, Bortnikov danışıqlarda iştirak edib və ötən yay qiyam zamanı "Vaqner"in yaradıcısı Yevgeni Priqojinə zəmanət verib:

"Yenidən seçildikdən sonra Putin açıq şəkildə FTX direktorunu Rusiyanın təhlükəsizliyini və suverenliyini təmin etdiyinə görə tərifləyib. Bortnikovun təyinatı Putinin Rusiya hərbi komandanlığının Kursk bölgəsindəki vəziyyəti idarə etmə tərzindən narazı olduğunu da göstərir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
12
milli.az

10Mənbələr