AZ

Putin Kurskda nə üçün hərbi vəziyyət elan etmədi? –ISW-dən təhlil

Rusiyanın üç sərhəd bölgəsində hərbi vəziyyət deyil, anti-terror əməliyyatı rejiminin elan edilməsi Kremlin Kursk bölgəsində Ukraynanın işğalının miqyasını azaltmaq cəhdindən xəbər verə bilər.

Azpost.info BBC-yə istinadən bildirir ki, bu barədə Müharibə Tədqiqatları İnstitutunun (ISW) analitikləri yazır.

ISW hesab edir ki, Ukrayna qoşunlarının Rusiya ərazisinə daxil olmasına cavab olaraq avqustun 9-da Belqorod, Bryansk və Kursk vilayətlərində elan edilmiş antiterror əməliyyatı rejimi Kremlin sərhəddəki vəziyyətə cavab olaraq daha radikal tədbirlər görmək istəmədiyini nümayiş etdirir.

İnstitutun analitiklərinin fikrincə, prezident Vladimir Putin FTX-nın direktoru Aleksandr Bortnikovu bu antiterror əməliyyatına rəhbərlik etmək üçün təyin edib. Çünki Bortnikov Rusiyanın daxili sabitliyinə və Kreml rejiminə təhlükə yaradan böhranlar zamanı özünü effektiv idarəçi kimi göstərə bilib.

Bununla belə, FTX qüvvələri tərəfindən antiterror əməliyyatının idarə edilməsinin mürəkkəb sxemi Rusiyanın Ukraynanın əməliyyatına qarşı effektiv cavabın azalda bilər.

Bundan əlavə, bölgəyə cəlb olunan Rusiya qüvvələrinin tərkibi olduqca müxtəlifdir: Bura Kursk vilayətində olan çağırışçılar, “Şimal” qüvvələri qrupunun hissələri və Ukrayna cəbhəsinin daha az prioritet kəsb edən bölgələrindən Kursk bölgəsinə köçürülən bölmələr daxildir.

İnstitut analitiklərinin fikrincə, bu, Rusiyanın reaksiyasının qeyri-mütəşəkkilliyini artırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
50
azpost.info

10Mənbələr