EN

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Yenidən ən yüksək dövlət postu uğrunda mübarizəyə qatılan ABŞ-nin keçmiş prezidenti Donald Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirib.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, siyasətçi Miçiqan ştatında \"Keçən həftə demokratiyaya görə güllə aldım\", - deyə bəyan edib.

Mitinqdə Trampdan başqa, vitse-prezidentliyinə namizəd, Ohayo ştatından respublikaçı senator Ceyms Devid Vens çıxış edib.

Qeyd edək ki, ABŞ-nin keçmiş prezidenti iyulun 13-də Pensilvaniya ştatının Butler şəhərində keçirilən seçki kampaniyası zamanı yaralanıb. 20 yaşlı gənc siyasətçiyə atəş açıb. Güllə Trampın qulağına dəyib.
Chosen
41
13
azxeber.com

10Sources