AZ

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Yenidən ən yüksək dövlət postu uğrunda mübarizəyə qatılan ABŞ-nin keçmiş prezidenti Donald Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirib.

 

"Deutsche welle"xəbər verir ki, siyasətçi Miçiqan ştatında "Keçən həftə demokratiyaya görə güllə aldım", - deyə bəyan edib.

 

Mitinqdə Trampdan başqa, vitse-prezidentliyinə namizəd, Ohayo ştatından respublikaçı senator Ceyms Devid Vens də çıxış edib.

 

Qeyd edək ki, ABŞ-nin keçmiş prezidenti iyulun 13-də Pensilvaniya ştatının Butler şəhərində keçirilən seçki kampaniyası zamanı yaralanıb. 20 yaşlı şəxs siyasətçiyə atəş açıb. Güllə Trampın qulağına dəyib.


Yeri gəlmişkən, eks-prezident mitinqə qulağında ağ sarğı olmadan çıxıb. İndi yara ət rəngli “plastır”la örtülüb.


Seçilən
32
13
senzor.az

10Mənbələr