1 sentyabrda keçiriləcək parlament seçkilərində VI çağırış Milli Məclisin deputatı Sahib Alıyev 93 saylı Ağdaş seçki dairəsindən namizədliyini irəli sürüb.
“AzPolitika” xəbər verir ki, o, sənədlərini DSK-ya təqdim etdiyini və imzatoplama kampaniyasına başladığını açıqlayıb.
Sahib Alıyev IV, V və VI çağırış Milli Məclisdə Tərtər rayonundan deputat olub.
YAP 97 saylı Tərtər - Ağdərə - Goranboy seçki dairəsindən Məmmədov Anar İlyaz oğlunun namizədliyini irəli sürüb.
“AzPolitika.info”