AZ

Tarixçi alim deputatlığa namizəd oldu

Azərbaycan Milli Elmlər Akademiyası Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Azərbaycan Xalq Cümhuriyyəti tarixi şöbəsinin baş elmi işçisi, tarix elmləri doktoru, dosent Vasif Qafarov sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkilərində iştirak üçün namizədliyini irəli sürüb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə o özü bildirib. 

Tarixçi qeyd edib ki, namizədliyini 80 saylı Lerik-Astara seçki dairəsindən irəli sürüb. 

"Lerik ziyalılarının təşəbbüsünü və seçicilərin müraciətini nəzərə alaraq, 1 sentyabr 2024-cü il tarixinə təyin olunmuş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 80 saylı Lerik-Astara seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürdüm. Vətənə, millətə, dövlətə xeyirli olsun", - V.Qafarov əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
50
iqtisadiyyat.az

10Mənbələr