EN

Şəhid Məmməd Mirzəyev Ağdamda dəfn edilib

Şəhid

Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Məmməd Hüseyn oğlu Mirzəyevlə Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən vida mərasimi başa çatıb.

Məlumata görə, şəhidin nəşi Quzanlı qəsəbəsi Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Ağdam Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər(Report).

Allah rəhmət eləsin!
Chosen
73
3
reyting.az

10Sources