12 iyul 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Finans Kredit” MMC-nin buraxılış həcmi 200,000 (iki yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi 16 iyul 2024-cü il tarixində Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | BOKT “Finans Kredit” MMC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2003023556 |
İstiqrazın növü və forması | İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
Ticarət üsulu/forması | Kütləvi/Birqiymətli |
İstiqrazın sayı | 200 (ədəd) |
İlkin ticarət qiyməti | 1,000 manat |
Buraxılış həcmi | 200,000 manat |
İllik gəlirlilik faizi | 15% |
Ödəmə Periodu | İlk istiqraz yerləşdiyi tarixdən etibarən 30 (otuz) gündən bir ödəniləcəkdir |
Tədavül müddəti | 24 ay |
Ticarətə buraxılma tarixi | 16.07.2024 |
Anderrayter | “CPM-İnvest İ.Ş.” ASC |