AZ

“Moody’s” beş Azərbaycan bankının kredit reytinqini yenidən qiymətləndirib

“Moody’s” reytinq agentliyi bu gün 5 Azərbaycan bankının – ABB, “Kapital Bank” ASC, ASC “Xalq” Bankı, “Bank Respublika” ASC və “Bank of Baku” ASC-nin reytinqlərini yenidən nəzərdən keçirib.

Banker.az bu barədə agentliyin rəsmi internet səhifəsinə istinadən xəbər verir.

ABB-nin kredit ödəmə (BCA) və Tənzimlənmiş kredit ödəmə (Adjusted BCA) qabiliyyəti reytinqləri b1-dən ba3-ə yüksələrkən, “Xalq Bank” və “Bank of Baku”nun kredit ödəmə (BCA) və tənzimlənmiş kredit ödəmə (Adjusted BCA) qabiliyyəti reytinqi b2-dən b1-ə yüksəldilib.

Reytinq agentliyi həmçinin “Kapital Bank”ın Kredit ödəmə və tənzimlənmiş kredit ödəmə qabiliyyəti reytinqini ba3 səviyyəsində, “Bank Respublika”nın Kredit ödəmə və tənzimlənmiş kredit ödəmə (Adjusted BCA) qabiliyyəti reytinqini b2 səviyyəsində təsdiq edib.

Kapital Bank və Bank Respublika-nın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqləri üzrə proqnozlar sabitdən müsbətə dəyişdirilib; “Xalq Bank” və “Bank of Baku” ASC-nin yerli və xarici valyutada uzunmüddətli depozit reytinqləri üzrə proqnozu “müsbət”dən “sabit”ə dəyişib və ABB uzunmüddətli yerli və xarici valyutada depozit reytinqləri üzrə proqnozu müsbət saxlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
50
banker.az

10Mənbələr