EN

Paris Olimpiadasına rekord sayda bilet satıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Paris Olimpiadasının Təşkilat Komitəsi Oyunlar tarixində rekord sayda bilet satıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilat komitəsinin rəhbəri Toni Estanq məlumat verib.
Olimpiadanın başlamasına iki həftə qalmış 8,6 milyon bilet satılıb. Əvvəlki rekord 1996-cı ildə Atlanta Oyunlarına 8,3 milyon bilet satılan zaman qeydə alınıb.
Bildirilib ki, Olimpiadanın təşkilatçıları 10 milyon bilet satmaq niyyətindədirlər.
Xatırladaq ki, Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Chosen
116
50
oxu.az

10Sources