AZ

Parisdə keçiriləcək Olimpiya Oyunlarına rekord sayda bilet satılıb

Müəllif:Ayşən İmanova/Banco.az

2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına rekord sayda bilet satılıb.

Banco.az xəbər verir ki, bu barədə təşkilat komitəsinin rəhbəri Toni Estanq bildirib.

Məlumata görə, Olimpiadanın başlamasına iki həftə qalmış 8,6 milyon bilet satılıb. Əvvəlki rekord 1996-cı ildə Atlanta Oyunlarına 8,3 milyon bilet satılan zaman qeydə alınıb. 

Təşkilat komitəsi satılan biletlərin ümumi sayının 10 milyona çatacağını proqnozlaşdırır.

Xatırladaq ki, Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
143
50
banco.az

10Mənbələr