“FİNCA AZERBAİJAN” Qeyri-Bank Kredit Təşkilatı MMM-nin buraxılış həcmi 2,5 milyon ABŞ dolları olan istiqrazlarının Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə yerləşdirilməsi 11 iyul 2024-cü il tarixində yekunlaşıb.
Marja.az Birja-ya istinadən xəbər verir ki, istiqrazlara 17 investor 17 sifariş təqdim edib. Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) 2,5 milyon dollar, yerləşdirilən həcm də 2,5 milyon dollar təşkil edib.
Qeyd edək ki, 9 iyul 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “FİNCA AZERBAİJAN” Qeyri-Bank Kredit Təşkilatı MMM-nin buraxılış həcmi 2,500,000 (iki milyon beş yüz min) ABŞ dolları olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: “FINCA AZERBAİJAN” Qeyri-Bank Kredit Təşkilatı MMM
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2006019205: İstiqrazın növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması: Kütləvi/Rəqabətli
İstiqrazın sayı: 2,500 (ədəd)
İlkin ticarət qiyməti: 1,000 ABŞ dolları
Buraxılış həcmi: 2,500,000 ABŞ dolları
İllik gəlirlilik faizi: 9%
Reallaşdırılmış həcm: 2,500,000 ABŞ dolları
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 2,500,000 ABŞ dolları
İnvestor sayı: 17
Sifariş sayı: 17
Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 aydan bir aydakı günlərin sayı 30 (otuz) götürülməklə ödəniləcəkdir
Tədavül müddəti: 18 ay
İstiqrazların ödəmə tarixi: 11.01.2026
Anderrayter: “Unicapital İ.Ş” ASC