EN

Putin: “Qərb elitası BRİKS-ə müqavimət göstərir”

” “Qızıl milyard” ölkələrinin elitası fəaliyyəti çoxqütblü dünya nizamının yaradılmasına yönəlmiş BRİKS təşkilatına üzv dövlətlərin səylərinə şiddətlə müqavimət göstərir”.Elchi.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.“Biz yaxşı başa düşürük ki, real güc balansını, yeni geosiyasi, iqtisadi, demoqrafik reallığı əks etdirən dünya düzəninin formalaşması mürəkkəb prosesdir, hətta təəssüf ki, bir çox cəhətdən ağrılıdır. BRİKS üzvlərinin və digər inkişaf etməkdə olan ölkələrin səyləri qondarma “qızıl milyard” dövlətlərin hakim elitasının şiddətli müqaviməti ilə üzləşir”, – deyə Putin qeyd edib.Xatırladaq ki, bundan qabaq Rusiya lideri Qərbin beynəlxalq arenada hökmranlığını saxlamaq üçün güc və şantajdan istifadə etdiyini bildirərək, həmçinin bildirmişdi ki, müasir dünya düzənində hələ də yenidən strukturlaşma gedir və bu, real güc balansını əks etdirməlidir.YeganəMənbə: TASS.ru

Chosen
84
50
elchi.az

10Sources