AZ

“ABŞ dünya müharibəsi risklərini artırır“ -Səfir

Şimali Atlantika Alyansının Vaşinqtonda keçirilən sammitinin ilk günü NATO-nun əsl aqressiv mahiyyətini nümayiş etdirdi. Bu fikirləri Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib.

O qeyd edib ki, Birləşmiş Ştatlar və onun satellitləri militarizmi və hərbi ekspansiyanı təbliğ etməyə davam edirlər: "Demokratiya kimi maskalanan Qərb ölkələri bir daha bütün dünyaya avtoritar qaydalar tətbiq etmək istəklərini nümayiş etdirdilər”, - diplomat Telegramda yazıb.

Antonov vurğulayıb ki, Şimali Atlantika Alyansı Ukraynada Rusiyaya strateji məğlubiyyət verə bilmədiyindən ümidsizliyə qapılıb, kor-koranə eskalasiya yolu ilə gedir, üçüncü dünya müharibəsi risklərini artırır.

Tural


Seçilən
90
1
news365.az

10Mənbələr