Tomas Müller milli komandadakı karyerasını bitirdi
"Bavariya"nın futbolçusu Tomas Müller Almaniya millisindəki karyerasını başa vurub.Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Tomas Müller 2010-cu ildən yığmanın formasını geyinir və 2014-cü ildə dünya çempionu olub. O, 2022-ci ildə Qətərdə keçirilən mundialdan sonra milli ilə vidalaşdığını açıqlasa da, yenidən komandaya qayıtmışdı. Qeyd edək ki, Almaniya millisi AVRO-2024-ün 1/4 finalında əlavə vaxtda İspaniyaya uduzub və turnirlə vidalaşıb - 1:2. Fidan Əliyeva