AZ

Sonuncu ingilis dünya çempionu AÇ-nin finalı haqda danışdı

İngiltərə yığmasının sabiq hücumçusu, DÇ-66-nın sağ qalmış sonuncu dünya çempionu Ceffri Hörst AÇ-2024 qarşıdan gələn finalı haqda danışıb.

Arena.az “The Sun” dərgisinə istinadən, Hörstün bu barədə fikirlərini təqdim edir:

“1966-cı ildə Dünya Kubokunu qazanmış İngiltərə yığmasının sağ qalmış sonuncu futbolçusu kimi, mən milli komandanın böyük bir yarışda qalib gəlməsini görməyi nə qədər arzuladığımı sözlərlə ifadə edə bilmirəm. Amma bu, təkcə futbolçulara və məşqçilərə bağlı məsələ deyil. Biz burada bütün ölkədəki ingilis azarkeşlərindən danışırıq”, deyə Hörst vurğulayıb.

Xatırladaq ki, DÇ-66-nın Almaniya yığmasına qarşı final oyununda (əlavə vaxtda 4:2, əsas vaxt 2:2) Hörst het-triklə fərqlənmişdi. Məhz Hörstün vurduğu 3-cü – həlledici qolun hesaba alınmasında həmvətənimiz, məşhur hakim, həmin oyunda SSRİ təmsilçisi kimi yan xətt hakimi olmuş Tofiq Bəhramovun ədalətli qərarı mühim rol oynmışdı.

AÇ-2024-ün İspaniya və İngiltərə yığmaları arasında final oyunu iyulun 14-də Berlinin “Olimpiaştadion”unda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
14
arena.az

10Mənbələr