AZ

Müller milli komanda ilə vidalaşıb

Tomas Müller Almaniya millisindəki karyerasını başa vurub.

İdman.biz xəbər verir ki, bunu “Bavariya”nın oyunçusunun özü açıqlayıb.

AVRO-2024-ün İspaniya ilə 1/4 final matçı onun yığmada son görüşü olub. Bu qarşılaşmada 34 yaşlı futbolçunun komandası 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, Müller millidə 131 matçda 45 qol vurub. O, DÇ-2014-ün çempionu olub, DÇ-2010, AVRO-2012 və AVRO-2016-nın bürünc mükafatını qazanıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
14
idman.biz

10Mənbələr