Bakıda iki yaşlı oğluna xəsarət yetirməkdə təqsirləndirilən Saqi Kərimovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses oktyabrın 30-na təyin edilib.
Şikayət hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin Saqi Kərimov 14 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.
Qeyd: Hadisə 2022-ci il noyabrın 23-də Səbail rayon ərazisində qeydə alınıb. Yevlax rayon sakini, 1990-cı il təvəllüdlü Saqi Kərimov 1976-cı il təvəllüdlü qayınanasına yüngül və 2020-ci il təvəllüdlü oğluna isə daxilə nüfuz edən, sonra özünün boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə S.Kərimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra saxlanılıb.
Kamal Məmmədov