AZ

2 yaşlı övladını öldürmək istəyən şəxsdən xəbər var

Bakıda iki yaşlı oğluna xəsarət yetirməkdə təqsirləndirilən Saqi Kərimovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

Bakıvaxtı.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin Saqi Kərimov 14 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

Qeyd: Hadisə 2022-ci il noyabrın 23-də Səbail rayon ərazisində qeydə alınıb. Yevlax rayon sakini, 1990-cı il təvəllüdlü Saqi Kərimov 1976-cı il təvəllüdlü qayınanasına yüngül və 2020-ci il təvəllüdlü oğluna isə daxilə nüfuz edən, sonra özünün boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə S.Kərimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra saxlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
2
bakivaxti.az

3Mənbələr