EN

Bakıda yük maşını yaşıllıq əraziyə qulluq edən kişini vurdu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakı Dairəvi yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb.
İlkin məlumata görə, yük maşını yol kənarında yaşıllıq əraziyə qulluq edən kişini vurub.
Vətəndaş aldığı xəsarətlərdən hadisə yerində həlak olub.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Rövşən Tağıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə bu gün saat 15:00 radələrində qeydə alınıb:
"Belə ki, "HOWO" markalı, 99-HL-676 nömrə nişanlı yük avtomobili Bakı-Qazax yolunun 27-ci km-də 1961-ci il təvəllüdlü Elxan Sultanovu vurub, hadisə nəticəsində sonuncu ölüb".
Könül Cəfərli
Chosen
148
50
oxu.az

10Sources