AZ

Günəşdə güclü partlayışlar baş verib

Alimlər Günəşdə iki güclü "M" sinifli partlayış qeydə alıblar.

seher.media xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

Qeyd olunur ki, ilk partlayış cümə axşamına keçən gecə baş verib.

"Avqustun 22-də Bakı vaxtı ilə 02:08-də 3796 (S03E28) günəş ləkələri qrupunda rentgen diapazonunda 18 dəqiqə davam edən "M5.1/2N" partlayışı aşkar edilib", - məlumatda bildirilir.

Bundan əlavə, Bakı vaxtı ilə 14:39-da alimlər 15 dəqiqə davam edən "M1.5" partlayışını qeydə alıblar.

"Hər iki partlayış HF radio rabitəsinin kəsilməsi ilə müşayiət olunub", - məlumatda qeyd olunub.

Kosmik hava monitorinqinin məlumatına görə, son 24 saat ərzində günəş rentgen şüalarının Yerin ionosferinə təsir səviyyəsi beş göstərici şkalası üzrə R2 (orta) səviyyəsində olub, burada ən yüksək göstərici R5-dir (ekstremal).

Hazırda bütün şkalalar, o cümlədən Yerin maqnit sahəsinin pozulma dərəcəsi sıfır səviyyəsindədir (sakit).

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
6
seher.media

10Mənbələr