AZ

Sərxoş vəziyyətdə Fəvvarələr Meydanında söyüş söydü: Həbs edildi

Sərxoş vəziyyətdə Fəvvarələr Meydanında söyüş söydü: Həbs edildi

Səbail rayonu, Fəvvarələr Meydanında söyüş söyən şəxs həbs edilib.

"Qaynarinfo"nun məlumatına görə, hadisə nəticəsində 1977-ci il təvəllüdlü Lerik rayon sakini H.M. saxlanılıb. O, avqustun 2-də, saat 11:45-də Səbail rayonu, Fəvvarələr Meydanında nalayiq ifadələr işlədərək ictimai qaydanı pozub.

H.M. spirtli içkinin təsiri altında olduğunu və özündən aslı olmayaraq, söyüş söydüyünü bildirib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 10 gün müddətinə həbs edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
19
sonxeber.az

10Mənbələr