EN

COP29-da xüsusən iqlim maliyyələşdirməsi ilə bağlı vacib qərarlar qəbul ediləcək - CevdətYılmaz

Şuşa. Trend:

COP29-da xüsusən iqlim maliyyələşdirməsi ilə bağlı vacibqərarlar qəbul ediləcək.

Trend xəbərverir ki, bu barədə Şuşada Türk Dövlətləri Təşkilatının dövlətbaşçılarının qeyri-rəsmi Zirvə görüşündə Türkiyə RespublikasınınVitse-prezidenti Cevdət Yılmaz bildirib.

"Xüsusən iqlim maliyyələşdirməsi ilə bağlı mühüm qərarlaın qəbulediləcəyi bu konfransa hazırlıq prosesi çərçivəsində bir çoxistiqamət üzrə sıx əməkdaşlıq və dəstəyimizi davam etdirəcəyik.

Bu konfransın Azərbaycanda keçirilməsi regional əməkdaşlıqnöqteyi-nəzərindən də böyük əhəmiyyət kəsb edir. Bu kontekstdəAzərbaycanın Türk Dövlətləri Təşkilatının təşəbbüsünün konfransadaxil edilməsi və ya birgə paralel tədbirin təşkilinə dairtəklifini alqışlayırıq", - o deyib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərarCOP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasındaqəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcəkvə 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlimsisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ciilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitindəimzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturununingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqliqərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ciilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərindəyerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Chosen
71
3
az.trend.az

10Sources