AZ

Qazaxıstan COP29-un fəaliyyətində aktiv iştirak edəcək - Səfir

Qazaxıstan COP29-un fəaliyyətində aktiv iştirak edəcək.

Trend xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel səfirliyin binasında təşkil olunan Azərbaycan-Qazaxıstan turizm forumunda deyib.

"Qazaxıstan və Azərbaycan strateji tərəfdaş və müttəfiqlərdir. Dövlətlərimizin başçıları arasında siyasi dialoq bunun təminatıdır. Prezidentlər tez-tez görüşlər keçirir və qarşılıqlı səfərlər edirlər. Payızda Bakıda böyük COP29 tədbiri keçiriləcək. Qazaxıstan bu konfransda aktiv iştirak edəcək", - deyə o vurğulayıb.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.


BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Seçilən
69
4
ekologiya.az

10Mənbələr