ABŞ-da 4 İyul – Müstəqillik Günü ilə bağlı uzadılmış həftəsonu istirahət günlərində baş vermiş atışma və digər cinayətlər nəticəsində azı 33 nəfər ölüb.
NOCOMMENT.az CNN-ə istinadla xəbər verir ki, baş vermiş hadisələr nəticəsində onlarla insan xəsarət alıb.
“Chicago Sun-Times”ın yazdığına görə, təkcə Çikaqoda baş vermiş atışma nəticəsində 11 nəfər ölüb, 55 nəfər yaralanıb.
İyulun 4-ü ABŞ-da ölüm hadisələrinin ən çox baş verdiyi günlərdən biri hesab olunur. Cinayət və güllələmə halları ABŞ-da, xüsusilə insanlar sosial tədbirlərə daha çox toplaşdığı yay aylarında baş verir.